

Kia Motors Azərbaycan 2005-ci ildən Cənubi Koreyanın ilk avtomobil
istehsalçısı olan Kia Motors korporasiyasının Azərbaycanda rəsmi
distribütoru olaraq fəaliyyətə başlamışdır. Bundan sonra yerli iqlimi,
avtomobil yollarının vəziyyətini, yanacağın tərkibini və avtomobilin
uzun ömürlü olması üçün zəruri olan digər amilləri Kia Motors
Korporasiyasının mütəxəssisləri tərəfindən dəqiqliklə araşdırdıqdan
sonra, 2006-cı ildən tam Azərbaycan Respublikasının şəraitinə uyğun
istehsal olunan ilk Kia avtomobillərinin KMAz MMC tərəfindən satışı
başlanmışdır.
2008-ci ildə artıq KMAz MMC yerli bazarda böyük populyarlıq
qazanaraq, satış həcminə görə ikinci sırada yer almışdır. Belə uğurlu
inkişafın səbəbləri Kia avtomobillərinin dizayn və keyfiyyəti ilə
yanaşı, KMAz MMC-nin öz müştərilərinə satış və satışdan sonra yüksək
xidmət göstərməsidir.
KMAz MMC-nin hal hazırda Bakı şəhərində 9, Sumqayıt, Lənkəran, Masallı,
Xaçmaz və Göyçayda isə hərəsində bir filialı fəaliyyət göstərir. Rəsmi
distribütor olaraq Kia Motors Azərbaycan həmçinin, orijinal ehtiyat
hissələri, aksesuarlar və Kia avtomobillərinə texniki xidmət təklif
edir. Şirkətin məqsədi bütün ölkə ərazisində yalnız avtorizə olunmuş,
yüksək səviyyədə xidmət göstərən və Kia markasının imicini yüksəklərdə
saxlaya bilən servis və satış mərkəzləri açmaqdır.
Kia Motors Azərbaycan yerli bazarda sərnişin avtomobillərinin bütün
model sırasını təqdim edir. Bunlar – Piсanto, Rio, Cerato, Cerato Koup,
cee’d, pro_cee’d, cee’d_sw, Optima, Cadenza, Carens, Carnival, Soul,
Sportage, Sorento və Mohave avtomobilləridir. Bütün modellərə 5 il və ya
150.000 km, cee’d, pro_cee’d, cee’d_sw avtomobillərinə 7 il və ya
150.000 km, Mohave və Cadenza avtomobillərinə isə gedişə məhdudiyyət
qoyulmadan 5 il zəmanət verilir.
Kia Motors Azərbaycan şirkətinin
əsas amili Kia-nın devizi olan "Heyrətləndirmək bacarığı ilə" şuarına
əməl edərək öz müştərilərinə günü-gündən daha yüksək və keyfiyyətli
xidmət göstərməklə müştərilərini hər zaman heyrətləndirməkdir.