1 depth menu link

page depth of Link

About Kia



  • Corporate Identity

    Who is Kia Motors?

    Koreyanın Seul şəhərinin kənarlarında velosiped hissələrinin əl ilə istehsalından başlayan Kia Motors, ölkənin ilk avtomobil istehsalçısı və ixracatçısı olmaqla son 60 il ərzində Koreya avtomobil sənayesinin aparıcı qüvvəsi kimi tanınır.
    “Kia” sözü “çıxış” mənasını verən çin heroqlifi “Ki” ilə Asiya sözündən götürülmüş “A” hərflərinin birləşməsindən yaranıb. Beləliklə Kia “Asiyadan çıxan və ya gələn” mənasını verir.
    Bu gün Kia sözün əsl mənasında mühüm qlobal istehsalçı səviyyəsinə yüksəlib və dünyanın 172 ölkəsində distributor və diler şəbəkəsində satılan daim artan model sırası ilə öyünə bilər. Dünya üzrə 40.000-dən çox Kia işçisi dəyərli müştərilərə daha yaxşı xidmət üçün çalışır.

     

    CI-Corporate Identity

    Kia Loqosu

    Kia-nın üçölçülü şrift və nişandan ibarət loqosu şirkətin gənc və enerji dolu imicini əks etdirir. Parlaq, göz oxşayan tünd qırmızı rəng günəş süalarını xatırladır və Kia-nın enerjili və maraqlı tərzdə irəliləmək arzusunun güclü qətiyyətini ifadə edir. Loqodakı oval isə Kia-nın dünya avtomobil sənayesində mühüm istehsalçı səviyyəsinə qalxmasına işarə edir.

    Brand Slogan

    Mənası

    “Heyrətləndirmək bacarığı ilə” şüarı Kia-nın “həyəcanlandırıcı və yaradıcı” xüsusiyyətlərinə sadiq qalmaqla müştərilər qarşısında daim yeniliklərlə çıxış etmək öhdəliyini ifadə edir.

    footer menu
    • Contact Us
    • Sitemap
    • Select MicroSite
    COPYRIGHT© 2011 KIA MOTORS CORP. ALL RIGHTS RESERVED.