
![]() |
29.10.2011 |
![]() |
|
|---|---|---|---|
![]() |
Kia Motors Azərbaycan tərəfdən keçirilən “Qızıl Açar” kampaniyasının qalibləri müəyyən oldu |
||
|
Kia Motors Azərbaycan şirkəti tərəfindən keçirilən ənənəvi “Qızıl Açar” stimullaşdırıcı lotereyanın qaliblərini müəyyən etmək üçün 12 sentyabr müştərilərin və KİV nümayəndələrinin iştirakı ilə uduş tirajı keçirilib. Artıq dördüncü dəfə keçirilən bu lotereyada 10 iyundan 10 sentyabradək Kia Motors Azərbaycan şirkətinin salonlarından Kia Rio və ya Kia Cerato avtomobili alan fiziki və hüquqi şəxslər iştirak edirdilər. Avtomobili alarkən bu müştərilər özləri və avtomobilləri haqda məlumat yazılmış xüsusi brelokları kilidlənmiş və möhürlənmiş qutuya atmışlar. Uduş tirajı keçirilərkən bütün salonlardan gətirilmiş qutular açıldı və iştirakçıların adı və soyadı səsləndirildikdən sonra breloklar ümumi bir qutuya atıldı. Sonra qutudan breloklar çıxarilaraq uduş fondunu təşkil edən 3 ədəd DVD-pleyer, 3 ədəd LCD televizor və əsas priz – 1 ədəd Kia Rio avtomobilinin qalibləri müəyyənləşdirildi. Qaliblər aşağıdakılardı: DVD-pleyerlərin sahibləri: İlhamə Məmmədova, Rüfət Əliyev, Ülvan Gəncəliyev LCD televizorların sahibləri: Zaur Əliyev, Nail Bexerov, Səbuhi Əhmədov Kia Rio avtomobilinin sahibi: Vüqar Əliyev
Qeyd etmək lazımdır ki, hər zaman alıcıların marağına səbəb olan bu kampaniya artıq ənənəyə çevrilib və Kia Motors Azərbaycan şirkəti gələcəkdə də bu ənənəyə sadiq qalacağını vurğulayır. Şirkət haqqında məlumat. Kia Motors Azərbaycan 2005-ci ildən Cənubi Koreyanın ilk avtomobil istehsalçısı olan Kia Motors korporasiyasının Azərbaycanda rəsmi distribütoru olaraq fəaliyyətə başlamışdır. Qısa bir zamanda şirkət satış həcminə görə yerli bazarda liderlər sırasında yer tutmuşdur. Belə uğurlu inkişafın səbəbləri Kia avtomobillərinin dizayn və keyfiyyəti ilə yanaşı, KMAz MMC-nin öz müştərilərinə satış zamanı və satışdan sonra yüksək xidmət göstərməsidir. Rəsmi distribütor olaraq Kia Motors Azərbaycan həmçinin, orijinal ehtiyat hissələri, aksesuarlar və Kia avtomobillərinə texniki xidmət təklif edir. Şirkətin məqsədi bütün ölkə ərazisində yalnız avtorizə olunmuş, yüksək səviyyədə xidmət göstərən və Kia markasının imicini yüksəklərdə saxlaya bilən servis və satış mərkəzləri açmaqdır. Kia Motors Azərbaycan yerli bazarda sərnişin avtomobillərinin bütün model sırasını təqdim edir. Bunlar – Piсanto, Rio, Cerato, Cerato Koup, cee’d, pro_cee’d, cee’d_sw, Optima, Cadenza, Carens, Carnival, Soul, Sportage, Sorento və Mohave avtomobilləridir. Kia Motors Azərbaycan şirkətinin əsas amili Kia-nın devizi olan "Heyrətləndirmək bacarığı ilə" şuarına əməl edərək öz müştərilərinə günü-gündən daha yüksək və keyfiyyətli xidmət göstərməklə müştərilərini hər zaman heyrətləndirməkdir. |
|||
