
![]() |
20.02.2012 |
![]() |
|
|---|---|---|---|
![]() |
Kia cee’d - in ikinci nəsli təqdimata hazırdır |
||
|
Kia cee’d - in ikinci nəsli təqdimata hazırdır.
Dinamika və sadəliklə, güc və prestijin vəhdət təşkil etdiyi tam yeni beş qapılı heçbek cee’d 2012-cil il Cenevrə Avto Şousunda ilk debütünü edəcək.
Profildən ön və arxa qanadlar avtomobilin genişliyindən və qətiyyətli duruşundan xəbər verir. Möhkəm və incəliklə işlənmiş qapı səthləri üzərindən əyilmiş ön dirək, geniş kuzov damı və inteqral arxa spoyler yeni modelin şüşə hissəsinin gözəlliyini xüsusi vurğulayır.
Bura yeni və sadə Kia emblemi, ön faraların çıxıntısı, ön şüşə üst hissə çıxıntılarının KIA ailəsinə məxsusluğunu bildirən cizgilər, xrom yan şüşə kənarları və kuzovun yan hissəsinə qədər uzanan unikal aerodinamik formalı fənərlər daxildir. Cihazlar paneli formasının rəqabətcil dizaynı və sürücü komfortunu artıran panel ilə seçilir. Əsas idarəetmə paneli sükanın ətrafında cəmlənməklə, sürücünün bütün düymələri asanlıqla idarə etməsinə imkan verir. Əsas idarəetmə panelinə daxil olan audio və kondisioner ayrıca quraşdırılıb ki, bu da interyerə premium, lüks və iri görünüş verir. |
|||
