
![]() |
09.12.2011 |
![]() |
|
|---|---|---|---|
![]() |
Kia Motors noyabr ayının qlobal satışlarında 22,8% artıma nail olub |
||
|
Kia Motors noyabr ayının qlobal satışlarında 22,8% artıma nail olub - Noyabr ayında ümumi 220.037 ədəd Kia avtomobili satılıb ki, bu da keçən ilin müvafiq göstəricisindən 22,8% çoxdur - Noyabr ayında Kia avtomobillərinin Avropa, Şimali Amerika, Çin, “General Market”* və Koreya bazarlarında satışlarında keçən ilin müvafiq dövrü ilə müqayisədə aşağıdakı göstəricilər müşahidə olunub: 40,9%, 36,7%, 33,4%, 25,7% və -11,4%
Kia Motors Korporasiyası sərnişin (ixrac satışları, daxili satışlar, və xarici zavodların satışları) və ticarət avtomobillərinin satış rəqəmlərini elan edib: 2011-ci ilin noyabr ayında ümumi satış həcmi 220.037 ədəd təşkil edib. Bu rəqəm keçən ilin müvafiq göstəricisindən 22,8% çoxdur. 2011-ci ilin noyabr ayında Kia-nın dünya üzrə ən çox satılan modeli (37.764 ədəd) “B” seqmentinə aid Rio olub (Çin bazarında “K2” kimi tanınır). Kia-nın “C” seqmentinə aid Cerato (bir çox bazarlarda “Forte” kimi tanınır) 31.178 ədəd satılaraq ikinci yerdə qərarlaşıb. Kompakt CUV seqmentinə aid Sportage, ortaölçülü CUV seqmentinə aid Sorento və “D” seqmentinə aid Optima müvafiq olaraq 30.148, 19.358 və 15.483 ədəd satış göstəriciləri ilə beşliyi tamamlayırlar.
*Kia-nın “General Market”-inə Mərkəzi və Cənubi Amerika, Karib adaları, Asiya (Çin xaricində), Sakit Okean, Orta Şərq və Afrika ölkələri daxildir. |
|||
